YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin 5 faizədək azalmasına səbəb olub

«Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin 5 faizədək azalmasına səbəb olub». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, 2003-cü ildən bütün çadır şəhərciklərinin ləğv ediləcəyini bəyan edən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində sonuncu çadır şəhərciyi 2007-ci ildə ləğv edilib.

«Ötən müddətdə qaçqın və məcburoi köçkünlərin sosial təminatının, mənzil və məşğulluq problemlərinin həlli ilə bağlı kompleks tədbirlər görülüb, müasir infrastruktura malik yeni qəsəbələr salınıb, əksər qaçqın və məcburi köçkünlər ev, mənzəillərlə təmin edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr səhiyyədən təhsilə, mədəniyyətdən mənəvi irsə qədər sahələri əhatə edir. Və Azərbaycanda sosial sahənin, bütünlükdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verir»- deyə, T.Rzayev qeyd edib.

DİGƏR Xəbərlər Arxiv