YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

Abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçıları abidənin önünə əklil qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.