YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev dünyada ən xeyirxah siyasətçidir

Gürcüstan əhalisi arasında keçirilən rəy sorğusunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dünyada “Ən xeyirxah” lider seçilib.

“Kviris palitra” qəzeti 500 nəfər arasında sorğu keçirib. Respondentlərə “Siz necə fikirləşirsiniz, dünya liderləri sırasında kim ən xeyirxah siyasətçidir?” sualı təqdim olunub.

Sorğunun nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ən xeyirxah lider seçilib. Xeyirxah liderlər sırasında ABŞ Prezidenti Donald Tramp ikinci, Ukrayna Prezidenti Pyotr Poroşenko üçüncü yerdədirlər.

Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Emmanuel Makron və Tereza Meyin də adları ən xeyirxah liderlər siyahısında yer alıb.