YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misir prezidentinin Azərbaycana səfəri gözlənilir

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur. Bunu Trend-ə Azərbaycanın Misirdə səfiri Tural Rzayev deyib.

Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

Qeyd edək ki, Misir prezidenti Abdel Fattah əs-Sisi ötən ilin martında Bakıda keçirilən IV Qlobal Foruma dəvət olunsa da, sıx iş qrafiki səbəbindən səfəri baş tutmamışdır.