YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Beynəlxalq ictimaiyyət Ermənistana qarşı müvafiq tədbirlər görməlidir

«Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə hücumları vandalizmin nümunəsi olmaqla yanaşı,  beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan təxrbatçı hərkətlərini davam etdirir və bu, zaman-zaman işğalçı ölkənin Azərbaycanın mülki əhalisinə hücumları formasında özünü göstərir. Onun sözlərinə görə, erməni vəhşiliyinin nəticələri göz qabağındadır.

«İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması bu vəhşiliyin növbəti nümunəsidir. Dünya ictimaiyyəti işğalçı Ermənistanın vandalizm aktlarını görür və bütün bunların beynəlxalq hüquq normalarına, insan hüquqlarına, eləcə də 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavəyə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyaya zidd olduğunu bilir. Belə olan halda, dünya ictimaiyyəti – ayrı-ayrı beynəlxalq təşkilatlar Ermənistana qarşı müvafiq tədbirlər görməli, işğalçıya müvafiq təsir və təzyiqlər göstərilməlidir. Bu, beynəlxalq hüququn tələbidir»- deyə, S.Fətəliyeva vurğulayıb.