YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Beynəlxalq birlik Ermənistana qarşı daha kəskin münasibət ortaya qoymalıdır

«Biz 100-150 ilin tarixinə nəzər salsaq, görərik ki, ermənilər istər Azərbaycan, istər Türkiyə ərazisində dinc insanlara qarşı qırğınlar törədib, silahsız şəxsləri öldürüblər». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, təkcə atəşkəs dövründə erməni silahlı qüvvələri cəbhəyanı bölgələrdə yaşayan nə qədər dinc sakinimizi öldürüb. Hansı ki onların içərisində həm ahıllar, həm də körpələr var. İyulun 4-də baş verənlər də bu hadisələrdən biri idi”.
Azərbaycan ordusu tərəfindən ermənilərə layiqli cavabın veriləcəyini deyən millət vəkili əlavə edib ki, əsas məqam həmsədr dövlətlərin, beynəlxalq qurumların Ermənistan tərəfindən törədilənlərə adekvat reaksiyasının olmamasıdır.

“Niyə dünya birliyi buna ciddi adekvat reaksiya vermir? Azərbaycan tərəfi bir erməni qulduru və ya kəşfiyyatçısını ələ keçirən zaman beynəlxalq qurumlar tez fəaliyyətə keçib, onunla maraqlanmağa başlayırlar. Nəyə görə onlar bizim kəlbəcərli girovlarımız - Dilqəm Əsgərov, Şahbaz Quliyevlə bağlı canfəşanlıq etmirlər? İyulun 4-də heç bir günahı olmayan mülki əhali ermənilər tərəfindən qətlə yetirildi. Məhz beynəlxalq təşkilatların adekvat reaksiya verməməsi, ədalətli və qətiyyətli mövqe ortaya qoymaması Ermənistanın öz işğalçı əməllərini və təxribatçı hərəkətlərini davam etdirməsinə zəmin yaradır”- deyə, E.Məmmədov qeyd edib.