YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Bəzi aparıcı dövlətlərin Ermənistanın işğalçı siyasətini dəstəkləməsi ermənilərin bu cür təxribatlar, vandalizm törətməsinə şərait yaradır

«Ermənilərin cəbhə bölgəsində işğal etdikləri ərazilərdən Azərbaycanın mülki əhalisinə qarşı təxribat törətmələri birinci dəfə deyil». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bəzi aparıcı dövlətlərin Ermənistanın işğalçı siyasətini dəstəkləməsi ermənilərin bu cür təxribatlar, vandalizm törətməsinə şərait yaradır: "ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana qarşı sanksiyalar tətbiq etməməsi onların təxribatlar törətməsinə şərait yaradır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı 4 qətnamə qəbul edib. BMT bunu Ermənistana qarşı tətbiq edərək, bu ölkənin işğalçı olduğunu təsdiqləyib. Ermənistanı müdafiə edən ölkələrin sayəsində bu qətnamələr icra olunmur. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılmır. Amma ötən ilin aprel ayında erməni hərbi birləşmələrinin təmas xəttindəki təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin bir hissəsini işğaldan azad etməsini beynəlxalq təşkilatlar, Ermənistanı müdafiə edən ölkələr ermənilərin "hüquqlarının pozulması" kimi adlandırmağa çalışaraq, Azərbaycana qarşı təzyiqlər edirdilər. Həmin təşkilatlar bu yöndə bəyanatlar verirdilər".

Deputat vurğulayıb ki, bütün dünya bilir ki, Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi qısa müddətdə azad etməyə qadirdir: "Lakin Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsini istəyir. Beynəlxalq təşkilatlar isə Azərbaycan ərazilərinin işğal altında qalmasına, ermənilərin dinc əhaliyə qarşı vandalizmlər törətməsinə göz yumur. Nə qədər ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu və aparıcı dövlətlər Ermənistana qarşı təzyiqlər göstərmir, ermənilərin bu cür təxribatları davam edəcək".

DİGƏR Xəbərlər Arxiv