YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənilər bu hərəkətləri ilə qadın və uşaq qatili olduqlarını bir daha sübut etdilər

«Ermənistan silahlı qüvvələri tərəfindən qadının və 2  yaşlı uşağın öldürülməsi vəhşilikdir. Ermənilər bu hərəkətləri ilə qadın və uşaq qatili olduqlarını bir daha sübut etdilər».  Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova  deyib. F.Qasımova bildirib ki, bu hadisə xüsusilə diqqətə alınmalıdır. Onun sözlərinə görə, bu hadisə beynəlxalq təşkilatlar üçün dərs olmalıdır.

“Günahsız qadının və uşağın qətlə yetirilməsi beynəlxalq təşkilatlara bir məsələni çatıdırır ki, Ermənistanın siyasətinə obyektiv qiymət verilməlidir. İndiyə qədər bu qurumlar 20 faiz torpaqlarımızın işğal olunmasına, bir milyon insanın məcburi köçkün vəziyyətə düşməsinə obyektiv qiymət vermədilər. Bu insanların öldürülməsi isə insanlığa qarşı yönəlib. Minsk qrupunun həmsədrləri məsələyə səthi münasibət bildirməməli, konkret mövqe ortaya qoymalı və işğalçı Ermənistan dünyada ifşa olunmalıdır. Çünki bu hadisə beynəlxalq aləmə qarşı yönəlib. Ermənistan bütün dünya ictimaiyyətinə meydan oxuyur» – deyə deputat qeyd edib.