YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa parlamentinin vitse-prezidenti və Azərbaycan üzrə məruzəçisi Ermənistanın hərbi cinayətlərini pisləyib

Avropa Parlamentinin vitse-prezidenti Rixard Çarneçki və Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər. Оnlar mülki şəxslərin - qadınların və uşaqların mənasız qətlini dayandırmağı tələb ediblər.

“Bu qətl Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində olub. Belə ağır cinayətlərə bəraət yoxdur. Biz günahkarların cəzalandırılması üçün dərhal təhqiqatın başlanmasına çağırırıq. Biz Azərbaycanın işğal olunmuş hissəsində hərbi əməliyyatları dayandırmağı tələb edirik”, – deyə siyasətçilər bəyanatda qeyd ediblər.

Sənəddə, həmçinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir.