YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafiq Məmmədhəsənov: Ermənistan tərəfi dinc insanları qətlə yetirməklə bir daha bəşəriyyətə qarşı cinayət törətdi

"Ermənistan tərəfi dinc insanları, xüsusilə 2 yaşlı uşağı qətlə yetirməklə bir daha bəşəriyyətə qarşı  cinayət törətdi. 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Quliyevanın erməni silahlı qüvvələri tərəfindən öldürülməsi bütövlükdə insanlığa qarşı yönəlib". Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Rafiq Məmmədhəsənov deyib.

R.Məmmədhəsənov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində indiyə qədər xeyli insan həyatını itirib. Onun sözlərinə görə, uşaqların və qadınların öldürülməsi müharibə qanunlarına ziddir.

"İşğalçı Ermənistan bütün bəşəri dəyərləri ayaqlar altına ataraq özünün terrorçu və insanlığa zidd mahiyyətini nümayiş etdirir. Eyni zamanda, işğalçı dövlət bu hərəkətləri ilə  dünya ictimaiyyətinə meydan oxuyur. Artıq Ermənistanı və onun cinayətkar hakimiyyətini yerində oturtmağın vaxtı çoxdan çatıb. Dünya birliyi, beynəlxalq təşkilatlar işğalçı dövlətə qarşı lazımi addımlar atmalıdırlar. Münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu, həmsədrlər xüsusilə işğalçını öz adı ilə çağırmalıdır. Əgər ermənilər xoşluqla sülhə gəlməsələr, Azərbaycan Ordusu onları buna məcbur edəcək", - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.