YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Cocuq Mərcanlı kəndinə insanların qayıdışı işğalçı ölkəni narahat edir

«Bütün baş verənlər üçün məsuliyyət işğalçı, cinayətkar Ermənistan hakimiyyətinin üzərinə düşür». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini mütəmadi hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və 2 yaşlı körpənin öldürülməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir. Onun sözlərinə görə, hərbçilərin olmadığı bir yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi azərbaycanlıların gözünü qorxutmağa yönəlib.

«Prezident İlham Əliyevin sərəncamına əsasən, bərpa edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə insanların qayıdışı işğalçı ölkəni narahat edir. Təcavüzkar ölkə təmas xəttindəki kəndlərdə erməniləri saxlaya bilmir. Onlar qaçıb gedirlər. Erməni hakimiyyəti dinc insanları atəşə tutmaqla təxribatlar törədirlər. Onların təxribatları bundan sonra da cavabsız qalmayacaq»- deyə, M.Qasımlı qeyd edib.