YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində yenidən zorakılıq hallarının baş verməsi nəticəsində dinc sakinlər də daxil olmaqla itkilərin yaşanmasına dair bəyanat yayıb.

Bəyanatda həmsədrlər hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa çağırır. “Zorakılıq yalnız sonrakı zorakılığı gətirir və heç nə vermir. Uzun müddətdir, davam edən bu münaqişənin həllinin yeganə məsuliyyətli və humanitar yolu tərəflərin xoş niyyətlə danışıqlar masasına qayıtmasıdır”, - deyə bəyanatda bildirilir.