YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın siyasi hakimiyyətinin məqsədi münaqişənin həllinə maneə yaratmaqdır

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində iki nəfərin, o cümlədən azyaşlının həlak olması və bir nəfərin yaralanması ilə əlaqədar Xarici İşlər Nazirliyi xarici ölkələrdəki nümayəndəliklərimizə tapşırıq verib ki, Azərbaycanın narahatlığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsın.

Bunu iyulun 5-də keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu hadisə status-kvonun dəyişdirilməsinin vacibliyini bir daha sübut etdi. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən dərhal sonra bu cür hadisənin baş verməsi göstərir ki, Ermənistanın siyasi hakimiyyətinin məqsədi münaqişənin həllinə maneə yaratmaq və gərginliyi artırmaqdır. Bununla əlaqədar Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri ilə telefon danışığı olub və ölkəmizin narahatlığı onların diqqətinə çatdırılıb.