YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan dövləti istənilən üsulla Ermənistanın işğalçılıq siyasətinə və bu kimi təxribatçı hərəkətlərinə son qoyacaq

"İyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini atəşə tutması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur". Bunu Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, bu vandalizm aktı Ermənistanın növbəti dəfə beynəlxalq hüququ, insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın tələblərini heçə saydığını təsdiqləyir. "Bu, atəşkəsin əldə olunmasından bu yana Ermənistan dövlətinin ilk belə təxribatı deyil. Bundan öncə də dəfələrlə ən çirkin terror üsullarına əl ataraq, öz milli kimliklərini, niyyətlərini ortaya qoyublar. Amma ən ağrıdıcısı odur ki, Ermənistan bu terrorçu təxribatlarında uşaqları, qadınları hədəfə alırlar. Bu isə bir daha onu göstərir ki, ermənilər uzunmüddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar", -deyən Sahibə Qafarova əlavə edib ki, insanlığa sığmayan, vəşhicəsinə atılmış bu addımlar qəbul edilməzdir və dünya ictimaiyyəti ermənilərin bu vəhşiliklərinə göz yummamalıdır. Ermənistan dövləti terrorçu dövlət olduğunu, ona rəhbərlik edən şəxslərin faktiki olaraq terrorçuluqla məşğul olduqlarını hər dəfə sübuta yetirir. AŞPA-nın kommitə sədri ermənilərin məhz indiki ərəfədə belə bir təxribata əl atmasını təsadüfi saymır. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlarda hər dəfə bir canlanma yarananda, yeni bir situasiya ortaya çıxanda, ermənilər bu kimi çirkin, insanlığa sığmayan təxribatlara əl ataraq, danışıqlardan yayınmağa çalışır. Həmsədrlərin regiona səfərindən sonra Ermənistan yenə də öz mahiyyətini ortaya qoydu. "Amma bunlar da sona qədər davam edə bilməz», - deyən millət vəkili əlavə edib ki, gec-tez onların bu əməllərinə son qoyulacaq. O bildirib ki, güclü, qüdrətli Azərbaycan dövləti istənilən üsulla Ermənistanın işğalçılıq siyasətinə və bu kimi təxribatçı hərəkətlərinə son qoyacaq.