YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Nəbizadə: Qadın və uşağın öldürülməsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir

«Belarusun paytaxtı Minskdə keçirilən ATƏT Parlament Assambleyasının 26-cı illik sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ problemini və düşmənin dünən Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ qaldıracaq». Bu barədə ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə deyib.

K.Nəbizadə  bildirib ki, bu gündən sessiyanın plenar iclası keçirilir. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti hər zaman olduğu kimi, bu dəfə də Dağlıq Qarabağ məsələsini yenə gündəmə gətirəcək.

«Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir. Ermənistan silahlı qüvvələrinin dünənki təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər bir mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Bu Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaq hüquqlarının və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır»- deyə, K.Nəbizadə vurğulayıb.