YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər İsayev: Azərbaycan Yay Olimpiya Oyunlarına da ev sahibliyi etməyə qadirdir

“Yay Olimpiya Oyunları dünyanın əsas idman yarışıdır. Əlbəttə ki, Yay Olimpiya Oyunları Avropa və İslam Həmrəyiliyi oyunlarından fərqlidir və miqyası baxımından daha böyükdür. Çünki burada dünyanın bütün dövlətləri iştirak edir. Eləcə də, bu yarışlarda idman növlərinin sayı da çoxdur. Amma biz bu yarışları da  keçirməyə qadirik. Ona görə də, Azərbaycan öz namizədliyini təqdim edir”. Bu fikirləri yap.org.az saytına Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev deyib.

X.İsayev bildirib ki, biz gələcəkdə də bu məqsədlə namizədliyimizi irəli sürəcəyik. Ölkəmizin Yay Olimpiya Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.

“Xoşbəxt xalq olarıq ki, Yay Olimpiya Oyunları da Azərbaycanda keçirilsin. Çünki müsəlman ölkələrində Yay Olimpiya Oyunları keçirilməyib. Bu baxımdan, biz ilk müsəlman dövləti ola bilərik. Təbii ki, bu oyunların keçirilməsində bəzi amillər var və bütün məsələlər Olimpiya Xartiyasına uyğun olmalıdır. Belə bir şəraiti ölkəmizdə yaratmışıq. Əgər Azərbaycana etimad göstərilsə, biz bu şərəfli yükün altından da uğurla  çıxa bilərik”-deyə, X.İsayev vurğulayıb.