YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İstanbulda QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası keçiriləcək

İyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyası, 56-cı Büro və 49-cu Daimi Komitə iclasları keçiriləcək.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, tədbirlərdə Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, QDİƏTPM-in sədr müavini Musa Quliyev, deputatlar Jalə Əliyeva və Əflatun Amaşov iştirak edəcəklər.

İclaslarda Qara Dəniz regionunda təhlükəsizliyin və sülhün təmin olunmasında parlamentlərin rolu, iqtisadi inkişaf və sosial inteqrasiya üçün hüquqi əsasın möhkəmləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirlərdə həmçinin Parlament Məclisinin fəaliyyəti barədə hesabatlar dinləniləcək, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin deputatları müzakirə ediləcək məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.

Baş Assambleyanın iclasında QDİƏTPM-in sədr müavini Musa Quliyevin “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə dayanıqlı səhiyyə sisteminin təmin olunmasında parlamentlərin rolu”, deputat Əflatun Amaşovun isə “Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə yeni və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi” mövzularında məruzələri dinləniləcək, müzakirəyə çıxarılmış məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.