YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: ÜDM-də qeyri-neft sektorunun çəkisi əhəmiyyətli dərəcədə artır

«Son illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədi ilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə birləşdirir». Bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, iqtisadiyyatın qeyri-neft sektorunun mühüm sahəsi olan qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında səmərəli təşviq mexanizmləri olan sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib, investisiyaların və ixracın təşviqi dəstəklənib. Onun sözlərinə görə, 2017-ci ilin yanvar-may ayları üzrə qeyri-neft sektorunda əlavə dəyər istehsalı 2.3% artıb, neft və qeyri-neftin ÜDM-də xüsusi çəkisi müvafiq olaraq 41.1% və 58.9% olub.

«Ümumi Daxili Məhsulun istehsal strukturuna nəzər saldıqda görərik ki, qeyri-neft sektorunun bütün alt sahələri üzrə artım qeydə alınıb. Bu baxımdan gələcəkdə qeyri-neft gəlirlərinin qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, vergi ödəyicilərinin optimal gəlirliliyini və investisiya mühitini daha da yaxşılaşdırmaq məqsədilə vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektorundan vergi daxilolmalarının artımına nail olunması, sadələşdirilmiş verginin tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsi önəmlidir»- deyə, deputat qeyd edib.