YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Ölkəmizin təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur

«Hazırda Azərbaycanda “İslam həmrəyliyi ili” ilə bağlı tədbirlər davam edir. Ölkəmizin bu sahədə təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur. Bu isə onu göstərir ki, Azərbaycan İslam həmrəyliyinin ideya mərkəzinə çevrilir». Bu fikirləri AMEA-nı Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycanın müsəlman dövlətləri ilə fəal əməkdaşlıq münasibətləri var. Onun sözlərinə görə, bu siyasət müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edir.

«Azərbaycanın tarixi və mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlı olub. Bu gün demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış bu cür mənəvi dəyərlərlə daxil olub. Ona görə də, hazırki münasibətlər də tarixi köklərə əsasanır. Təbii ki, bu siyasət ölkəmizə uğurlar qazandırır»- deyə, G.Baxşəliyeva vurğulayıb.