YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Ermənistan prezidentinin sərgilədiyi davranışlar onun həyat tərzidir

«Soçi görüşündən sonra, Ermənistan prezidentinin sərgilədiyi davranışlar onun həyat tərzidir. Bu gün Ermənistan adlı bir dövlətə rəhbərlik edən şəxs hərbi canidir. Çünki o özü də etiraf edir ki, Xocalı soyqırımının törədilməsində hərbi komandir kimi birbaşa iştirak edib, əli xocalıların, dinc sakinlərin qanına batıb. Biz bunun şahidiyik». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, prezidentlərin görüşündən sonra Sarkisyanın verdiyi bəyanatlar, sərsəmləmələr onun həyat tərzi olmaqla bərabər, havadarları tərəfindən verilən təlimatların, proqramların icrasıdır. Onun sözlərinə görə, görüşdən sonra baş verən hadisələr, Sarkisyanın sərsəmləmələri dövlətinin işğalçılıq siyasətinin tərkib hissəsidir.

«Erməni tərəfi özünü ifşa edir, təcavüzkar, işğalçı, terrorçu dövlət olduqlarını bir daha sübut edir»-deyə, E.Məmmədov vurğulayıb.