YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Esteban Okon: Bakı Formula-1 yürüşlərinin keçirilməsi üçün əla yerdir

Keçən il Serxio Peres finişə üçüncü çataraq podiuma qalxıb. Azərbaycan Qran-Prisi ərəfəsində “Force India”da şəhər trasının xüsusiyyətləri və qarşıdakı həftəsonunda komandanın məqsədlərindən danışıblar.

Bu barədə məlumat “F1News.ru” saytında yer alıb. Komandanın rəhbəri Vicey Malya xatırladıb ki, ilin əvvəlində VJM10-un təqdimatında o, komandanın yarışı keçənilki mövsümü başa vurduğu yerdən - çempionatda dördüncü yerdən davam etdirmək arzusunu bildirib. “Mən hətta cəsarətlə daha böyük arzumu - bizim ilk üçlükdə yer tutmağa iddialı ola bilmək imkanımızı söylədim”, - deyə Vicey Malya qeyd edib. Onun sözlərinə görə, komandanın Monrealda çıxışı bu arzuya çatmağın o qədər də mümkünsüz olmadığını göstərib.

“Red Bull” və “Ferrari” ilə mübarizə aparmağın maraqlı olduğunu bildirən Vicey Malya deyib: “Biz onlar kimi o cür səviyyəni stabil nümayiş etdirə bilmərik, amma hər şey bizim xeyrimizə olanda “Force India” aparıcı komanda ilə yarışmaq iqtidarında olur. Mən kollektivimizdə hamıya təşəkkür edirəm – yeddi yürüşdən sonra bizim 71 xalımız var. Bu, görünməmiş nailiyyətdir.

Monrealdakı yürüş, bizim pilot cütlüyümüzün də necə güclü olduğunu göstərib. Serxio Peres və Esteban Okon müqayisə edilə bilən nəticələr göstərir və trasda bir-birlərini keçirlər. Bu cür rəqabət bizə irəliləmək imkanı yaradır. Onlar, həm də bir-birindən öyrənirlər. Biz onlara yürüşlərdə mübarizə aparmağa icazə veririk, lakin bununla belə hər zaman komandanın maraqlarını qorumağa çalışacağıq.

Növbəti həftəsonu yürüş ərəfəsində bizdə optimizm üçün səbəb çoxdur. Komanda keçən il Bakıda Qran-Pridə uğurla çıxış edib və düşünürük ki, bu dəfə də yaxşı nəticəyə nail ola biləcəyik. Mövsümün əvvəlindən biz VJM10 ilə işdə əhəmiyyətli irəliləyişə nail olmuşuq və indiyədək hər yürüşə yenilənmə gətiririk. Gərgin iş bəhrəsini verir və mən nəticələrimizlə qürur duyuram”.

Pilot Serxio Peres deyib: “Monrealdakı yürüşdən sonra çox söz deyildi, lakin şadam ki, bizə komanda taktikasından istifadə etməyərək mübarizə aparmağa icazə verilib. Mən komanda üçün ən yaxşı nəticə uğrunda çalışıram və yürüşümüzlə qürur duyuram. Yürüş vaxtı radioda Estebanla mövqelərimizi dəyişmək barədə müzakirələr aparıldı, lakin məndə temp yüksək idi və mən praktiki olaraq 50 dövrəni Daniel Rikkardonun lap ardınca getdim, lakin məndə irəli çıxmaq üçün sürət üstünlüyü yox idi.

Monrealdakı yürüşdən sonra müsbət köklənmişəm. Maşın sürətli, biz isə rəqabətqabiliyyətli idik. Kanada trası bizim üçün həmişə ən yaxşı traslardan biri olub, lakin biz yenə də zəhmət çəkməli olduq. Bu, Bakıdakı mərhələdən əvvəl yaxşı əlamətdir - bu da uzun, düz və ciddi tormozlama zonaları olan daha bir şəhər trasıdır. Mənim şəhər traslarından həmişə xoşum gəlib. Komandamız faktiki olaraq işləyib, bir neçə son yürüşlərdə maşını modernləşdirib. Düşünürəm ki, bu həftəsonunda da biz yaxşı formada olacağıq.

Bakıda keçən il keçirilmiş yürüş haqqında xatirələrim də var – mən ötürücü qutunu dəyişməyə görə cərimələndim, lakin yenə də finişə çatdım, bu, dillə təsvir edilə bilməyən hisslər idi. Həmin həftəsonu mənim Formula-1 karyeramda ən yaxşılarından biri oldu. Əgər bu il maşın sürətli olarsa, biz yaxşı nəticə qazana bilərik”.

Pilot Esteban Okon qeyd edib ki, onun Monrealda ilk çıxış təcrübəsindən çox xoşu gəlib. Finişdən sonra maşından çıxanda ona elə gəlib ki, yürüş cəmi 15 dəqiqə davam edib, vaxt maraqlı keçəndə belə olur. Bu, komandanın böyük zəhmət çəkdiyi, maşını təkmilləşdirdiyi daha bir həftəsonu idi. Podium uğrunda mübarizə aparmaq və komandanın nə dərəcədə rəqabətqabiliyyətli olmasını görmək maraqlı idi. “Mən Bakıya səfəri həvəslə gözləyirəm, hansı nəticələri əldə edə biləcəyimiz mənə maraqlıdır. Məni daha bir yeni tras gözləyir, lakin mən nə qədər mümkünsə, bir o qədər öyrənməyə çalışıram. Əminəm ki, tez sürət götürəcəyəm. Kompüter oyunlarında trası yaxşı öyrəndim, beləliklə, ev tapşırığını yerinə yetirdim.

Bakı Formula-1 yürüşlərini keçirmək üçün əla yerdir. Küçə traslarında həmişə xüsusi abi-hava var, şəhər isə çox gözəldir. Keçən il şəhəri, habelə trasboyunca gəzə bildim, lakin orada hələ maşın sürməmişəm”, - deyə Esteban Okon bildirib.

Komandanın baş yürüş mühəndisi Tom Makkalou deyib: “Bakıda dövrənin uzunluğu 6003 metrdir, odur ki, tras mövsümdə uzunluğuna görə ikinci trasdır, yürüşün distansiyası cəmi 51 dövrədir. Bu, həmçinin mövsümdə ilk trasdır ki, hərəkət saat əqrəbinin əksinə təşkil edilib, habelə tormoz üçün daha bir təcrübədir, çünki burada bir neçə ciddi tormozlama zonaları var.

İndi biz Bakı trası haqqında bir il bundan əvvəl bura gələrkən bildiyimizdən daha çox məlumatlıyıq. Lakin bu, Esteban üçün yeni trasdır, buna görə də biz ona sükan arxasında işləməyə vaxt verməliyik.

İlin bu vaxtı Azərbaycanda hava çox isti ola bilər, əgər lazım gələrsə, biz bu cür şəraitə hazırıq. Lakin əsas məsələ münasib parametrləri seçməkdir ki, pilotlar sükan arxasında özlərini arxayın hiss etsinlər, dəqiqlik ən vacib elementdir”.