YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyə mətbuatı Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvan görüşü haqqında yazır

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin Naxçıvanda keçirilmiş üçtərəfli görüşü Türkiyə mətbuatında geniş işıqlandırılıb.

Nazirlərin müzakirə etdikləri məsələlər barədə məlumat verən yerli mətbuat yazır ki, bu görüş Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji müttəfiqliyin yaratdığı münasibətlərin göstəricisidir. Qeyd olunur ki, Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli birgə əməkdaşlığı Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələrin reallığa çevrilməsinin əsasıdır. Bu və digər beynəlxalq iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması hər üç ölkənin milli maraqlarına aid məsələdir.