YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələdə antik dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib

Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji Ekspedisiyası tərəfindən qədim Qəbələdə genişmiqyaslı arxeoloji tədqiqatlar, bərpa-konservasiya işləri davam etdirilir.

Tədqiqatlar zamanı Qəbələnin Soltannuxa kəndində antik dövrə aid qəbiristanlıq aşkara çıxarılıb. Tədqiqatların maraq doğuran nəticələrindən biri bu kəndin ərazisində 1800-1900 il yaşı olan antik qəbirlərin aşkarlanmasıdır. İlkin kəşfiyyat işləri zamanı ərazidən 7 qəbir tapılıb.

Qəbələ arxeoloji ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, tapılan qəbirlər zənginliyinə və xüsusi dəfn adətlərinə görə seçilirlər. Burada diqqəti cəlb edən məqamlardan biri isə ölmüş insan bükülü vəziyyətdə qəbirə qoyularaq ətrafına 40 ədəd saxsı qabın düzülməsidir. Qablarla yanaşı, qəbirə dörd ədəd bütöv qoç da qoyulub. Skeletin yanında nizə, bıçaq, oraq, üzərində xeyli sayda bəzək əşyaları və muncuq düzümləri vardır. Qeyd olunan qəbirdə ikinci insan skeletinə də təsadüf edilir. Ehtimal edilir ki, bu varlı təbəqəyə aid olan mərhumun xidmətçisi olub. Bununla yanaşı, qeyd olunan qəbiristanlıqda digər zəngin qəbirlərə də rast gəlinib. Bir qəbirdə üzbəüz dəfn olunmuş iki skelet, həmçinin digər qəbirdə küpün içərisində dəfn olunmuş iki insan skeleti maraq doğuran məqamlardan biridir. Qəbiristanlıqda aparılan arxeoloji tədqiqatların nəticələri ilə yanaşı, aşkar edilən qəbirlərin olduğu kimi Qəbələ Dövlət Tarix Bədii Qoruğunun muzeyində nümayiş etdirilməsi də nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv