YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdirilib

Azərbaycanda 1,5 milyon insanın iqtisadi fəaliyyəti rəsmiləşdirilib.

Bu sözləri Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Sumqayıt şəhərində fəaliyyət göstərən bir qrup sahibkar və iri vergiödəyicilərinin nümayəndələri ilə görüşü zamanı deyib.

O bildirib ki, Azərbaycan əhalisinin 4,6 milyon nəfəri iqtisadi cəhətdən fəaldır. Bunlardan 1,5 milyon nəfəri iqtisadi fəaliyyətini rəsmiləşdirib.

Ə.Əhmədov qeyd edib ki, iqtisadi fəaliyyətini tənzimləməyən insanların 70-75 faizinin əmək müqaviləsi yoxdur.