YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərkosmos” xarici şirkətlərlə əməkdaşlıq müqavilələri imzalayıb

“Azərkosmos” ASC “Sinam” və “Softlayn İnterneyşnl” şirkətləri ilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, “Sinam” MMC “Azərkosmos”un əsas yerüstü Peyk İdarəetmə Mərkəzində “Çağrı” mərkəzinin yaradılması, eyni zamanda ehtiyat yerüstü Peyk İdarəetmə Mərkəzi və Naxçıvan telekommunikasiya qovşağı arasında birbaşa radiorele xəttinin təşkili üçün tələb olunan avadanlığın, materialların və proqram təminatının alınması, quraşdırılması və sazlanması işlərinin satınalınması üzrə tenderin qalibi olub. Müqavilənin ümumi dəyəri 18 milyon 894 min manatdır.

“Softlayn İnterneyşnl” MMC ilə imzalanan müqavilə isə informasiya texnologiyaları infrastrukturunda informasiya təhlükəsizliyi məqsədi ilə texniki konsultasiya və audit xidmətlərinin göstərilməsini nəzərdə tutur. Müqavilənin ümumi dəyəri 15 milyon manatdan çoxdur.