YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda "Cənub-Qərb" nəqliyyat marşrutu üzrə güzəştli tariflərin tətbiqi müzakirə edilib

Bakıda "Cənub-Qərb" nəqliyyat marşrutu üzrə güzəştli tariflərin tətbiqi müzakirə edilib.

Müzakirələr Azərbaycan, İran, Gürcüstan, Polşa və Ukrayna dəmir yolları rəhbərlərinin beştərəfli görüşündə aparılır.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov "Cənub-Qərb" nəqliyyat marşrutu barədə məlumat verərək bildirib ki, bu marşrut Hindistan-Fars Körfəzi-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa istiqamətində fəaliyyət göstərir. İl ərzində Hindistan-Avropa istiqamətində ümumi daşımaların həcmi 72 milyon ton, Avropa-Hindistan istiqamətində isə 25 milyon ton yük təşkil edir.

C.Qurbanov qeyd edib ki, "Cənub-Qərb" nəqliyyat marşrutu üzərində əməkdaşlıq imkanları genişləndirilməli, güzəştli tariflər tətbiq edilməlidir.