YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vyetnamlı qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazasının ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin Hərbi Dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin hərbi dənizçilik fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.