YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu il neft sektoru üzrə əsas kapitala 3,6 milyard manat yönəldilib

Cari ilin yanvar-may aylarında neft sektoru üzrə əsas kapitala 3 milyard 663,5 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən beş ayda neft sektorunda 10 milyard 420,2 milyon manat dəyərində ümumi məhsul istehsal olunub.

Sənayenin neft sektorunda isə istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,1 faiz azalıb. Sənaye məhsulunun 70,2 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Bu ilin ilk dörd ayında mədənçıxarma sənayesində orta aylıq əmək haqqı 3 min 159 manat təşkil edib.