YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın Azərbaycandakı səfiri: Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında müqəddəs Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil edilib.

Səfirlikdən bildirilib ki, iftar mərasimində rəsmi şəxslər, Azərbaycandakı dini icmaların başçıları və nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını və xalqımızı qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, iftar süfrəsi İslamın birliyini, bu dinin qardaşlığa və sülhə verdiyi önəmi vurğulayır. Səfir deyib ki, Birləşmiş Ştatlarda dünyanın müxtəlif yerlərindən gələn milyonlarla müsəlman yaşayır. Bunu müqəddəs Ramazan ayının qeyd olunması zamanı Amerika müsəlmanlarının nümayiş etdirdikləri ənənələrdən, onların hazırladıqları yeməklərdən də başa düşmək olar. Ramazan ayı bizə ibadət və etiqad barədə dərindən düşünmək fürsəti verən, şəfqət və xeyriyyəçilik üçün bir vaxtdır.

Səfir vurğulayıb ki, Azərbaycanın qürur duyduğu və dünya ilə geniş şəkildə paylaşıla bilən zəngin multikulturalizm və tolerantlıq tarixi var. “Azərbaycanda mövcud olan dini icmaların müxtəlifliyi ölkənin qüdrətinin mənbəyidir və mən çox şadam ki, Azərbaycan bu müxtəlifliyin qorunmasına təkan verir”, - deyə R.Sekuta qeyd edib.

Diplomat deyib ki, müqəddəs Ramazan ayı dinimizdən asılı olmayaraq bizi birləşdirən sülh, şəfqət və halallıq ideyalarının yenidən təsdiqlənməsi üçün bir vaxtdır.

Sonda dualar oxunub və iftar verilib.

DİGƏR Xəbərlər Arxiv