YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərq Tərəfdaşlığı ölkələri xarici İşlər və enerji nazirlərinin növbəti görüşü Bakıda keçiriləcək

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər və enerji nazirlərinin növbəti görüşü sentyabrın 8-9-da Azərbaycanda keçiriləcək.

Yüksək səviyyəli bu konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə Avropa Şurasının qonşuluq siyasətinin əhatə etdiyi dövlətlər arasında uzunmüddətli əlaqələr yaradılması imkanlarının araşdırılmasına töhfə vermək məqsədi daşıyır. İki qitənin kəsişməsində yerləşən, Avropa və Asiya ölkələrilə möhkəm tarixi əlaqələrə malik olan, hazırda isə Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir.

Azərbaycanın sədrliyi dövründə planlaşdırılan digər bir tədbir isə Avropa İrs Gününün qeyd olunmasıdır. Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan bu tədbirin məqsədi mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barədə məlumatlandırmanı artırmaqdır.

 

DİGƏR Xəbərlər Arxiv