YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jewish Press”: Azərbaycan ruhlandırıcı nümunə göstərir

“The Jewish Press” Amerika-yəhudi nəşrində amerikalı ravvin İzrail Barukun “Azərbaycan ruhlandırıcı nümunə göstərir” sərlövhəli məqaləsi dərc edilib. Materialda Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrindən bəhs edilir.

Ravvin Baruk Amerikadakı yəhudi qəbiristanlarında törədilmiş vandalizm, son aylarda orada məzarüstü daşların aşırılması və məzarların murdarlanması faktlarına görə heyrətləndiyini bildirərək oxucuların diqqətini Azərbaycana cəlb edir. Müəllif vurğulayır ki, bu ölkədə yəhudi icması heç vaxt qeyri-tolerantlıq və antisemitizm halları ilə qarşılaşmır. Baruk yazır ki, o, Bakıda səfərdə olarkən başında kipa olduğu halda şəhərin küçələrində rahatca gəzirdi. Müəllif vurğulayır ki, yəhudi dininin bu aşkar rəmzinə baxmayaraq ətrafdakı adamların ona neqativ baxışlarını hiss etməyib. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan mədəniyyəti ölkə hüdudlarında bütün dini azlıqları dəstəkləyir.

Ravvin Azərbaycan yəhudi icmasından söhbət açaraq qeyd edir ki, bu ölkədə yaşayan 30.000 yəhudi arasında dağ yəhudiləri daha qədim tarixə malikdir.

Ravvin Azərbaycan nümunəsini müzakirə edərək vurğulayır ki, Birləşmiş Ştatlar azadlıq, imkanlar və dözümlülük diyarıdır. Ona görə, Azərbaycan kimi ABŞ da dünyaya göstərməlidir ki, sülh və həmrəylik, tolerantlıq şəraitində yaşamaq olar. Müəllif vurğulayır ki, dözümsüzlüyün get-gedə artmaqda olan təhdidə çevrildiyi müasir dünyada bir şəraitdə Azərbaycandan öyrəniləsi məsələlər var. Ravvin məqalənin sonunda qeyd edir ki, dünya ölkələri bu kiçik tolerant ölkəyə diqqət yetirməlidirlər, artıq bunun vaxtı çatıb.