YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan “CEBIT Bilitişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi geniş nümayəndə heyəti ilə Türkiyədə keçiriləcək “CEBIT Bilişim-2014” sərgi-konfransında iştirak edəcək.

Nazirlikdən bildiriblər ki, Avrasiya regionunda böyük və əhəmiyyətli tədbirlərdən biri olan “CEBIT Bilişim-2014” qlobal konfransı sentyabrın 11-dən 14-dək İstanbulda keçiriləcək. Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti təmsil edəcək.

Beynəlxalq konfransda 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Konfrans çərçivəsində yüksək səviyyəli görüşlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi planlaşdırılır. İnformasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar sərgi-konfransın əsas müzakirə mövzuları olacaq.

 

DİGƏR Xəbərlər Arxiv