YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Arif Rəhimzadə: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur

«15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində müstəsna yer tutur. Çünki Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkənin parçalanmaq təzahürləri dəf edildi, vətəndaş müharibəsi dayandırıldı, ordu yaradıldı». Bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə deyib.

A.Rəhimzadə bildirib ki, 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı. 
«2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında yeni mərhələ başlandı. Regionların sosial-iqtisadi inkişafına, elektroenergetikanın, yol şəbəkəsinin, digər nəqliyyat kommunikasiyalarının, informasiya-kommunikasiya texnologiyaları sahəsinin, neft-kimya kompleksinin, metallurgiya sahəsinin, kiçik biznesin inkişafına dair Dövlət proqramları qəbul edilib və uğurla yerinə yetirilir. Bütövlükdə, bu gün ölkəmiz dünyanın nüfuzlu dövlətləri sırasındadır, Azərbaycanın nailiyyətləri ildən ilə artır.  Beləliklə, Ulu öndər Heydər Əliyevin 24 il əvvəl hakimiyyətə qayıdışı - yeni tariximizə Milli Qurtuluş Günü kimi həkk olunan gün - ölkəmizə və xalqımıza dirçəliş, intibah gətirdi»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.