YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“SOCAR Energy Georgia” Tbilisidə keçiriləcək Beynəlxalq Xəzər enerji forumuna rəsmi dəstək verir

Gürcüstanın ən iri vergi ödəyicisi və investoru olan “SOCAR Energy Georgia LLC” bu il noyabrın 14-də Tbilisidə keçiriləcək ikinci Beynəlxalq “Caspian Energy Forum – 2014”ə rəsmi dəstək verir.

Forum ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış “Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunur. Tədbirdə Gürcüstanın, Xəzər-Qara dəniz və Aralıq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, bu ölkədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiyalarının nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin rəhbərləri iştirak edəcəklər.
Forumun təşkilatçısı “Caspian Energy International Media Group”dur. Tədbir Gürcüstanın Energetika, İqtisadi və Dayanıqlı İnkişaf, Regional İnkişaf və İnfrastruktur, Avropa və Avroatlantik Strukturlara İnteqrasiya Məsələləri üzrə nazirliklərinin, Neft və Qaz Korporasiyasının, habelə “SOCAR Energy Georgia LLC”-nin və “Caspian European Club”un rəsmi dəstəyi ilə keçiriləcək.