YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Milli Məclisin növbədənkənar plenar iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar plenar iclası keçiriləcək.

Məlumata görə, iclasda 38 məsələ müzakirə olunacaq.

Deputatlar “Bədən tərbiyəsi və idman haqqında”, “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Valyuta tənzimi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxacaqlar.

İclasda, həmçinin Cinayət, İnzibati Xətalar, Əmək, Mənzil, Torpaq, Gömrük və Vergi məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiriləcək. Bundan başqa, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə də baxılacaq.

DİGƏR Xəbərlər Arxiv