YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Region üçün ən böyük təhlükə Ermənistandır

«Region üçün ən böyük təhlükə Ermənistandır». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə yanaşı digər region dövlətlərinə qarşı ərazi iddiaları ilə çıxış edir. Onun sözlərinə görə, bütün bunlar Ermənistanın əsl mahiyyətini göstərir.

«Ermənistanın dövlət siyasətinin kökündə işğalçılıq, terrorçuluq dayanır. Bu, Bütün dünyaya məlum olan məsələdir. Amma təəssüflər olsun ki, işğalçı dövlətə qarşı hər hansı tədbir görülmür. Əksinə, müəyyən beynəlxalq dairələr tərəfindən Ermənistan himayə olunur. Bu da dünyada ikili standartların göstəricisidir. Belə yanaşmalar davam etdikcə, dünyadakı bir sıra münaqişələrin həll olunması çətinləşir»- deyə, deputat qeyd edib.