YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Estoniya Avropa İttifaqına sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səy göstərəcək

İyunun 12-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov estoniyalı həmkarı Sven Mikser ilə görüşüb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

Elmar Məmmədyarov deyib ki, görüşdə ölkələrimiz arasında əlaqələr, o cümlədən Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı barədə fikir mübadiləsi aparıldı. O, estoniyalı həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə bir daha məlumatlandırdığını diqqətə çatdırıb. Nazir bildirib ki, ölkələrimiz arasında intensiv dialoq bu ilin aprel ayından etibarən başlayıb. Estoniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu kimi görüşlər ölkələrimiz arasında münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətlidir.

Sven Mikser Azərbaycan və Estoniya arasında hökumətlərarası komissiyanın iclasında müzakirə olunan məsələlərin önəmini vurğulayıb. O, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu vurğulayıb. Nazir Estoniyanın tezliklə Avropa İttifaqına sədrliyə başlayacağını diqqətə çatdıraraq, bu müddətdə rəsmi Tallinin Azərbaycan ilə münasibətləri daha da inkişaf etdirəcəyini, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səy göstərəcəklərini vurğulayıb. Estoniyalı nazir nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, biznes və s. sahələrdə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.