YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Əfqanıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.”