YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Teltower Stadtblatt: IV İslam Həmrəyliyi Oyunlarında rekord iştirakçı sayı

Almaniyanın “Teltower Stadtblatt” qəzetində IV İslam Həmrəyliyi Oyunlarına dair “Bakıdakı Həmrəylik Oyunlarında rekord iştirakçı sayı” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd olunub ki, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 54 müsəlman ölkəsindən 3 min atlet iştirak edib ki, bu da əvvəlki oyunlarla müqayisədə rekorddur. Atletlər 270 dəst medal uğrunda mübarizə aparıblar.

İslam Həmrəyliyi Oyunlarının tarixindən bəhs olunan məqalədə bildirilib ki, ilk dəfə 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilmiş İslamiada beynəlxalq idman aləmində mühüm tədbirlərdən birinə çevrilib.

Yazıda Azərbaycanın Almaniyadakı səfirliyinin mətbuat attaşesi Vüqar Qafarovun “Bakı-2017” ilə bağlı aşağıdakı fikirləri oxucuların diqqətinə çatdırılıb: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edib. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdi. Ölkəmiz bununla müsəlman dünyasının birliyinə və həmrəyliyinə töhfə verməyə çalışdı. Bu idman tədbirinin keçirilməsi ilə Azərbaycan həm də dünyaya İslamın sülh və həmrəylik dini olmasına dair mühüm mesajlar verdi. Azərbaycan hələ 2015-ci ildə idman tarixində ilk dəfə Avropa Oyunlarını keçirib, bu dəfə isə İslam Oyunlarına ev sahibliyi etdi. Bu, ölkəmizin sivilizasiyalar arasında körpü rolu oynamağa və beynəlxalq aləmdə mədəniyyətlərarası dialoqu təşviq etməyə çalışmasının göstəricisidir”.