YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan 41-ci dünya skaut konfransına ev sahibliyi edəcək

Azərbaycan 2017-ci ildə 41-ci dünya skaut konfransına və 13-cü dünya skaut gənclər forumuna ev sahibliyi edəcək.

Bu qərar Sloveniyada, 40-cı dünya skaut konfransında keçirilən səsvermə nəticəsində qəbul olunub. Bununla da dünya miqyaslı skaut tədbiri tarixdə ilk dəfə Avrasiya skaut regionunda keçiriləcək.

Sloveniyada keçirilmiş konfrans və foruma qatılan skautlarımız Azərbaycanı yüksək səviyyədə təmsil ediblər. Tədbirlər çərçivəsində ölkəmizin təbliği ilə bağlı Azərbaycan gecəsi təşkil olunub. Bundan başqa, ölkəmizin tarixi, adət-ənənələri, mədəniyyəti, eləcə də Azərbaycan Skautlar Assosiasiyası və namizədliklə bağlı xüsusi stend nümayiş etdirilib.

Assosiasiya tərəfindən 2017-ci ildə təşkil olunacaq konfrans və forum Azərbaycanın tarixində mühüm gənclər tədbirlərindən olacaq.

Tədbirlərdə 165 ölkədən 1200-dən artıq nümayəndənin iştirakı gözlənilir.