YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı ravvin İzrail Baruk: Azərbaycan tolerantlığın vacib nümunəsidir

Dünyanın müxtəlif bölgələrində nifrət və dözümsüzlüyün artdığı bir vaxtda Azərbaycan əsrlər boyu tolerantlığın nümunəsi kimi çıxış edib.

Bu barədə amerikalı ravvin İzrail Barukun “Jewishpress” nəşrindəki məqaləsində bildirilir.

Müəllif yazır ki, Azərbaycan qeyri-stabil regionda yerləşməsinə baxmayaraq yüz illər boyunca bir çox dini icmanın çiyin-çiyinə yaşadığı ölkə olub.

O yazır: “İki il əvvəl mən yəhudi rəmzi ilə əhalisinin böyük əksəriyyəti müsəlman olan ölkədə Azərbaycanda küçələrdə gəzmişəm. Bununla belə, hər hansı bir kəskin baxışla qarşılaşmadım. Bu, Azərbaycandakı dini dözümlülüyün yalnız bir nümunəsidir”.