YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Beynəlxalq Hava Limanı cari ildə 1 milyondan artıq sərnişinə xidmət göstərib

2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanı 1 milyon 37 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında 315 min sərnişinə xidmət göstərilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən məlumat verilib.

Həmçinin, Azərbaycanda Bakı-2017 - IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərib. Azərbaycan mülki aviasiyasının bütün qurumları IV İslam Həmrəyliyi Oyunları dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.

Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşüb ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınıb.