YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DSX-nin rəis müavini: Torpaqlarımızın geri qaytarılması üçün verilən əmri yerinə yetirməyə hazırıq

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 95 illiyi münasibətilə bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Xidmətin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib və əklillər qoyub.

Daha sonra sərhədçilər oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, əklillər qoyublar.

DSX-nin şəxsi heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azad Ələkbərov jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidməti ən müasir və yeni avadanlıqlarla təchiz olunub, yeni sərhəd məntəqələri inşa olunub.

Onun sözlərinə görə, Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi üzrə böyük işlər görülür: "Biz Ali Baş Komandanın bizə göstərdiyi etimadı həmişə doğrultmağa hazırıq. Biz Ali Baş Komandanın hər hansı bir əmrini, həm dövlət sərhədlərimizin mühafizəsi, həm torpaqlarımızın geri qaytarılması üçün verilən əmri yerinə yetirməyə hazırıq".