YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Ermənistan bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan təxribatları təkrarlayır

«Ermənistan dövlət səviyyəsində terroru dəstəkləyən ölkədir. Bu gün AŞ-yə üzv dövlətlər sırasında işğalçılıq siyasəti həyata keçirən, qonşu dövlətin ərazilərini işğal altında saxlayan yeganə dövlət Ermənistandır». Bu fikirləri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, bu gün Ermənistanda hakimiyyətdə olan insanlar vaxtilə Qarabağda minlərlə azərbaycanlını qətlə yetirən səhra komandirləridir. Onun sözlərinə görə, Serj Sarkisyan yüzlərlə azərbaycanlı qadın, uşaq və yaşlının öldürüldüyü Xocalı qətliamında şəxsən iştirakı barədə özü müsahibə verib.

«Ermənilər həmişə ən çirkin terror üsullarına əl ataraq, öz niyyətlərini ortaya qoyublar. Amma ən ağrılısı odur ki, bu kimi cəhdlərdə uşaqları, qadınları hədəfə götürürlər. Bu isə bir daha onu göstərir ki, ermənilər uzun müddət Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı siyasətindən bu gün də əl çəkmir və hər fürsətdə irqçi, bütün beynəlxalq hüquqi sənədlərə, eyni zamanda, bölgədə sülhün təmin olunmasına yönəlmiş cəhdlərə zidd olan bu kimi təxribatları təkrarlayırlar»- deyə, S.Qafarova qeyd edib.