YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərdoğan: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həllində acizdir. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Ərdoğan qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səyləri effektsizdir.

Türkiyə prezidenti deyib: “ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin üçü də BMT Təhlükəsizlik Şurasının üzvləridirlər. Onlardan biri hər hansı problemin həllini istədikdə, digərləri veto hüququndan istifadə edir ki, bu da hər dəfə öz növbəsində münaqişənin həllinə əsas maneə yaradır".