YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri ilə gündə 108 min 137 barel neft ötürülüb

Yanvar-iyun aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə 22,4 milyon dollar əməliyyat xərcləri və 325 milyon dollar əsaslı xərclər sərf edilib. 

“bp-Azerbaijan” şirkətindən bildiriblər ki, ilin yekununda əməliyyat xərclərinin 50 milyon dollar olacağı gözlənilir. CQBK-nin genişləndirilməsi üzrə işlərin sürətlənməsi nəticəsində isə əsaslı xərclər 1 milyard 250 milyon dollara qədər artacaq.

İlin birinci yarısında CQBK ilə gündə 17,8 milyon kubmetr qaz və 108 min 137 barel neft ötürülüb.