YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Azərbaycan daha geniş spektrdə dünya siyasətinə nüfuz edə bilir və özünün maddi və mənəvi sərvətlərini təqdim edir

«Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz inkişafın yeni mərhələsindədir. Təbii ki, sosial-iqtisadi durum yaxşılaşdıqca, Azərbaycanın dünyaya təqdim edə biləcəyi daha çox məqamlar ortaya çıxır. Bu, hər şeydən əvvəl iqtisadiyyatdır, həmçinin, ölkədə ictimai-siyasi sabitlik hökm sürür». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, əgər sabitlik təmin edilibsə, cəmiyyətdə konsessus varsa,  xaricdən gəlib ölkəmizdə işləməyə, sərmayə yatırmağa çəkinmirlər. Onun sözlərinə görə, ölkəmizə qoyulan sərmayələr ildən ilə artmaqdadır.

«İndi artıq ölkəmiz nəinki neftini, iqisadiyyatını, eyni zamanda, mədəniyyətini dünyaya təqdim edə bilir. Zaman keçdikcə Azərbaycan daha geniş spektrdə dünya siyasətinə nüfuz edə bilir və özünün maddi və mənəvi  sərvətlərini təqdim edir. Hazırda daha çox mədəni, elmi, ictimai nailiyyətlərimizi dünyaya tanıdırıq. Xüsusilə Avropa ölkələrində, Parisdə, Londonda və sair yerlərdə saysız-hesabsız mədəniyyət tədbirləri keçirilir. Yəni indiki mərhələdə Azərbaycanın beynəlxalq  müstəvidə tanınma amilləri genişləndirilir. Hazırda daha çox mədəni sərvətlərimizlə tanınırıq. Bütün bunlar paralel baş verdiyi üçün inkişafımız  özünəməxsus tərzdə baş verir. Hamı qəbul edir ki, Azərbaycan dünyada ən tolerant ölkədir. Dünyada yeganə ölkədir ki, Azərbaycanda hər hansı konfessiyaya aid olan dini bayramın qeyd olunması zamanı bütün  konfessiyaların rəhbərləri birgə təbrik edir və mərasimlərdə iştirak edirlər. Yəni bütün bunlar çox unikal bir hadisədir. Azərbaycan bu gün sivilizasiyalar arası dialoq məkanı kimi tanınır və bu istiqamətdə keçirilən tədbirlərə dünyanın hər yerindən nüfuzlu qonaqlar gəlir. Bu baxımdan ölkəmiz özünəməxsus imic qazanıb və bu imic daimidir. Çünki mədəniyyət yüzillərin məcmusudur və özümüzün ən böyük sərvəti kimi dünyaya təqdim edirik. Bu da Azərbaycanı  başqa dövlətlərdən fərqləndirən xüsusiyyətlərdən biridir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb.