YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Şübhə yoxdur ki, görülən işlər qısa müddətdə müsbət nəticələrini verəcək

«Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq davamlı şəkildə həyata keçirilən genişməzmunlu sosial siyasətin fonunda səhiyyə sahəsində də reallaşdırılan islahatlar xüsusilə qeyd edilməlidir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova  deyib.

S.Hüseynova bildirib ki, əhalinin sağlamlığı ilə bağlı olan səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. Onun sözlərinə görə, səhiyyədə aparılan islahatlar bu sahədə vəziyyətin əsaslı şəkildə dəyişdirilməsinə, bütövlükdə əhalinin sağlamlığı ilə bağlı olan sistemin fəaliyyətinin daha səmərəli qurulmasının təmin edilməsinə yönəldilib.

«İslahatlar konsepsiyasında səhiyyənin qanunvericilik bazasının gücləndirilməsi, sistemin maliyyələşdirilməsinin və idarə olunmasının təkmilləşdirilməsi, tibb müəssisələri şəbəkəsinin fəaliyyətinin səmərələşdirilməsi, ilkin tibbi-sanitariya yardımının yaxşılaşdırılması, farmakologiya və təhsil sistemində islahatların aparılması, özəl sektorun inkişafı və digər istiqamətlərdə zəruri dəyişikliklərin aparılması nəzərdə tutulur. Şübhə yoxdur ki, görülən işlər qısa müddətdə müsbət nəticələrini verəcək»- deyə, deputat qeyd edib.