YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Flora Qasımova: Ermənistan tərəfinin son bəyanatları sülh prosesinə xidmət etmir

«Ermənistan tərəfinin son bəyanatları sülh prosesinə xidmət etmir». Bu fikri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki, erməni tərəfinin mövqeyi təhlükəlidir. Onun sözlərinə görə, bu bəyanatlar sülh prosesində mənfi rol oynayır.

«Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Azərbaycan bu məsələdə prinsipial mövqeyini ortaya qoyub. İlk növbədə, işğal olunmuş ərazilərimiz azad edilməlidir. Azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da həmin ərazinin sakinləridirlər»- deyə, F.Qasımova qeyd edib.