YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisdə AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilir

İyunun 1-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirilir.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov iclasda çıxış edərək sosial məsələlərin həllinin Azərbaycanın daxili siyasətində prioritet məsələlərdən biri olduğunu qeyd edib.

O bildirib ki, Azərbaycan Konstitusiyasında sosial hüquqların təminatı ilə bağlı xeyli müddəalar var və ölkəmiz bu sahədə bir sıra konvensiyalara qoşulub. Həmin konvensiyalar bu gün Azərbaycanda fəaliyyətdədir. “Bəzən avropalı həmkarlar bu məsələlərlə bağlı elə standartlar tələb edirlər ki, onu yerinə yetirmək çətin olur. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqilliyini 25 ildir bərpa edib. Avropa ölkələri isə oturuşmuş ölkələrdir. Azərbaycan, həmçinin ərazisinin 20 faizini itirib. Biz işğala məruz qalmışıq. Ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün var, onların 300 mini uşaqdır. Azərbaycan bu gün bu problemlərlə yaşayır. Dövlət üzərinə düşən vəzifələri yerinə yetirir və yetirəcək”, - deyə Milli Məclis sədrinin birinci müavini qeyd edib.

Ziyafət Əsgərov diqqətə çatdırıb ki, gündəlikdə miqrant məsələsi də var və bu problem dünyada uzun müddətdir davam edir. Bu gün Suriya, İraq qaçqınlarından danışılır, amma 25 il əvvəl Azərbaycana 1 milyona yaxın qaçqın gəlib. Bəs niyə bu barədə danışılmır? Burada ikili standartlar da var. Biz diplomat deyilik, amma siyasətlə məşğul oluruq. Həmçinin Ermənistanın Metsamor Atom Elektrik Stansiyası da müzakirə olunmalıdır. Bu, region üçün ən təhlükəli atom elektrik stansiyasıdır, sovet texnologiyası ilə tikilib. Orada bir hadisə baş versə, təsəvvür edin Avropa üçün necə təhlükə yaranar. Həm də nəzərə almaq lazımdır ki, Ermənistan seysmik zonada yerləşir.